DİN-dən Bakıda 4 nəfərin ölümü ilə bağlı - Açıqlama

img

21-09-2018 [12:34]


 Daxili İşlər Nazirliyi (DİN) ötən gün Bakıda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

Mia.az DİN-ə istinadən bildirir ki, sentyabrın 20-də saat 18 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Anar Əzimov idarə etdiyi "Hyundai” markalı avtomobili yolun kənarındakı metal dirəyə vurub. Nəticədə sürücü və sərnişinləri - həmyerliləri Həsən Məmmədsadıqov, Nurlan Rüstəmov və Qəbələ rayon sakini Hafiz Bilalov hadisə yerində ölüblər.

Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA