Sabirabadda kütləvi dava - 4 nəfər həbs edildi

img

18-09-2018 [13:53]


Sabirabad rayonunda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Mia.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 17-də saat 14 radələrində Sabirabad rayonunun Nizami kəndində 4 nəfərin kənd sakinləri Mahir Hidayətovu, Murad Cəbrayılovu və qardaşı Nicatı döyməsi, M.Hidayətovun velosipedini və mobil telefonunu almaları barədə DİN-in "102 – Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Qaragüney Polis Bölməsinin əməkdaşları ilə birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayonun Qaragüney kənd sakinləri Ceyhun Muradov, Xəyal Fətişov, Sakit Nuruşov və Rahil Heydərov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA