Aslan ismayılov generala görüzdü; Nazir müavini vəkilə nə deyib? - Yenilənib

img

31-05-2013 [05:10]


Mayın 30-da "Bandotdel"də döyülən tanınmış vəkil Aslan İsmayılov bu dəqiqələrdə Daxili İşlər Nazirliyində görüşə çağırılıb. Mia.az xəbər verir ki, bu barədə A.İsmayılov şəxsi ?facebook? hesabında yazıb. O qeyd edib ki, Daxili İşlər Nazirliyi Katibliyinin rəis müavini olduğunu deyən Fərman adlı şəxs ona zəng edərək, DİN rəhbərliyi ilə görüşə gəlməyini xahiş edib. Qeyd edək ki, dünən A.İsmayılov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Canpolad Daanov adlı müstəntiqinin onu döyərək, təhqir etdiyini bildirmişdi. O, məsələ ilə DİN rəhbəri Ramil Usubova müraciət edib. *** Mayın 30-da tanınmış vəkil Aslan İsmayılov Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (?bandotdel?) çağrılaraq müstəntiqi Canpolad Daanov tərəfindən döyülüb və ölümlə təhdid edilib. Məsələ ilə bağlı ANS PRESS-ə məlumat verən Aslan İsmayılov bildirib ki, baş verən məlum hadisə ilə əlaqədar olaraq bu gün Bakı şəhər prokuroru Əziz Seyidov və daxili işlər naziri Ramil Usubovun köməkçisi ilə görüşub. ?Görüş zamanı Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində baş verən olayla bağlı onlara məlumat vermişəm. Bununla yanaşı digər aidiyyatı qurumlara da rəsmi olaraq müraciət etmişəm. Amma bu saata qədər heç kimsədən rəsmi olaraq cavab almamışam?, - deyə vəkil bildirib. Aslan İsmayılovun sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ona qarşı olunan zorakılığın bir məqsədi var idi. ?Qorxutmaq və susdurmaq. Bilsinlər ki, mən nə ölümdən, nə də işgəncədən qorxuram. Hec bir zaman da qorxmayacam ? haqsızlığa və ədalətsizliyə susmayacam. Bunu sifariş verənlər bilməlidir ki, onlara qarşı haqsızlıq ediləndə ilk öncə mənim kimilərindən imdad diləyəcəklər", - deyə Aslan İsmayılov bildirib. **** Vəkil Aslan İsmayılov Daxili İşlər Nazirliyində nazir Ramil Usubovun 1-ci müavini Vilayət Eyvazovun qəbulunda olub. Bu barədə o, Azadlıq Radiosunun ?İşdən Sonra? verilişindəki müsahibəsində deyib. Vəkil deyib ki, V.Eyvazov onu nazir R.Usubovun tapşırığı əsasında qəbul edib: ?Dünən baş verən hadisənin hamısını V.Eyvazova danışdım. O, baş verən hadisəyə görə üzrxahlıq elədi. Mənə inandığını dedi?. A.İsmayılov bildirib ki, R.Usubov baş verən hadisənin araşdırılması və ona tam təfərrüatlı ilə məlumat verilməsi barədə göstəriş verib: ?V.Eyvazov dedi ki, məlumatla tanış olduqdan sonra nazir özü də məni qəbul edəcək. DİN-in mətbuat xidməti məlumat yayıb ki, guya mən ?Bandotdel?də xuliqanlıq etmişəm. Mən 56 yaşım var. O yaxşı deyil ki, hərəkətlərimin hansı məsuliyyət doğuracağını bilməyim?. Vəkil bildirib ki, onu BMCMİ-də təhqir edən Canpolad Daanov məsuliyyətə cəlb edilməlidir: ?Əgər o, məsuliyyətə cəlb edilməsə, deməli, mənə verilən vədlərin hamısı yalandır. Nazirin adı çəkilərək mənə hörmətsizlik edilir. Buna görə də, bu problemi DİN rəhbərliyi özü çözməlidir. Mən özümə qarşı edilən təhqirləri heç kimə bağışlamayacağam?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:13 07.09.2025

Sabah yağış yağacaq