Habil Əliyev və iki sənətkardan Nazpəri-ilhamə davasına sərt reaksiya: ?Sənət qadın üçün deyil"

img

27-03-2013 [07:12]


[b]Flora Kərimova: ?Bu məsələdə günahkar İlhamədir və onun də yalandan gedib-gəlir?; Əli Mirəliyev: ?Nazpəri İlhamənin qızı yerindədir, onunla dava etməsi düz gəlmir?; Habil Əliyev: ?Qadınlar sənətə gəlib doluşmaqla sənəti də qadınlaşdırıblar, biabırçılıq edirlər?[/b] Xalq artistləri Nazpəri Dostəliyeva ilə İlhamə Quliyeva arasında qalmaqal böyüməkdədir. Artıq onların müğənni həmkarları da məsələyə münasibət bildirməyə başlayıblar. Müğənnilərin prodüserləri də qalmaqaldan kənarda qalmaq istəmir. ?Nazpəri Dostəliyevanın köməkçisi məni hədələyir?. Bunu ?Qafqazinfo?ya açıqlamasında xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərov deyib. O, bildirib ki, İlhamə Quliyeva və sənətçi Nazpəri Dostəliyeva arasındakı söz-söhbətlə bağlı KİV-ə verdiyi açıqlamadan sonra Dostəliyevanın köməkçisi Mikayıl Hüseynov martın 23-də, saat 15:28-də onun mobil telefonuna mesaj göndərərək hədələyib: ?Hazırda mənim həyatım təhlükə qarşısındadır. Hüquq-mühafizə orqanlarına həyatımın təhlükəsizliyini təmin etmək üçün müraciət edirəm. Onu da deyim ki, yazılı ərizəmi hüquq mühafizə orqanlarına təqdim edəcəm?. Qarşı tərəf isə deyilənləri dərhal yalanlayıb. ?Hamısı yalandır. Mənim köməkçim heç kimi hədələməyib. Böhtan atırlar. Yalan yalan üstünə gəlir. Daha bu qədər də olmaz axı. Mən başa düşə bilmirəm, bütün bunlar onların nəyinə lazımdır?. Bu sözləri Nazpəri Dostəliyeva Press24.az saytına açıqlamasında köməkçisi Mikayıl Hüseynovun İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərovu hədələməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən söyləyib. Uzun illər İ.Quliyeva ilə aralarında ədavət olan tanınmış sənətkar Flora Kərimova isə iki müğənninin arasındakı mübahisədə N.Dostəliyevanı müdafiə edib. O, ?Yeni Müsavat?a açıqlamasında baş verən qalmaqalda İ.Quliyevanı günahlandırıb: ?İlhamənin aldığı nəfəs də yalandır, iftiradır. ?Ümid var? verilişində isə Nazpəri xanımın sözünü kəsib ona söz verməmək, səhəri gün yenə ona bütün millət qarşısında məhkəmə qurmaq və onu çağırmamaq ədəbsizlikdir. İki gün dalbadal onunla qərəzli davrandılar, sözünü kəsdilər və ikinci onunla bağlı məhkəmə qurulanda Nazpəri xanımın tərəfindən heç kim yox idi. Heç onunla telefon bağlantısı da qurmadılar. Bu, açıq məhkəmə idi sanki. Veriliş əməlli-başlı provokasiya idi. Nazpəri xanımın əlində İlhamə ilə bağlı çox sənədlər var. İlhamə Quliyevanın qondarma, özünü tərifləyən titulları ilə bağlı da sənədlər var. Bu mübahisədə İlhamə haqsız və uduzan tərəfdir?. Müğənni Əli Mirəliyev də iki həmkarı arasındakı mübahisə və mübarizənin səbəbini anlamadığını vurğulayıb: ?İlhamənin davası Flora səviyyəsində ola bilər, çünki onlar yaşlı nəsli təmsil edirlər, həmyaşıddırlar. Nazpəri axı İlhamənin qızı yerdədir, bir az düz gəlmir. Ümumiyyətlə isə musiqi əhlinin dava-dalaşla gündəmdə olması məsləhət deyil. Onların arasında nə söhbət, nə dava ola bilər axı, başa düşmürəm? Nəyin davasını edirlər? Tay-tuş deyillər, qohum deyillər, aralarında pul söhbəti yox, onların narazılığı nə ola bilər? Nə bilim, qalmışam məəttəl. Düşünürəm ki, görəsən biz sənət əhli dava-dalaşdan utanmırıq? Düzgün deyil, bu, sənətkara yaraşan şey də deyil. Çox pis baxıram buna?. Xalq artisti, kaman ustası Habil Əliyev isə vurğulayıb ki, sözügedən qalmaqal utanılası məsələdir: ?Mənim qadınlardan başım çıxmır, onlar bununla neyləmək, nə demək istəyirlər? Sənət qadın üçün deyil. Qadınlar sənətə gəlib doluşmaqla sənəti də qadınlaşdırıblar. Olmaz! Hər kimdirsə, özünü sənətə, yaxud sənəti özünə qatmasın. Biabırçılıq edirlər, sənəti hörmətdən salırlar. Mənə belə gəlir ki, belə adamlar kimliklərini sübut edirlər bununla. Özlərini, kimliklərini büruzə verirlər bu cür davalarla. Sənət adamı, mədəniyyət işçisi əvvəlcə özü mədəni olmalıdır, sonra mədəniyyəti xalqa təbliğ etməlidir. Bilmirik, bunların dava-şavasına qulaq asaq, yoxsa sənətinə. Sənətçilərə yaraşdıra bilmirəm belə şeyləri. Bu, sənəti, musiqini hörmətdən salır. Bu, sənətə də, dinləyiciyə də hörmətsizlikdir?(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq