Nazpəri Dostəliyeva: ?O, qorxuya düzüb, mən bu savazdan geri çəkilən deyiləm?

img

21-03-2013 [12:57]


Nazpəri Dostəliyevaya qarşı məhkəməni sonuna qədər davam etdirəcəyi ilə bağlı İlhamə Quliyevanın iddialarına qarşı tərəfdən sərt cavab gəlib. Dostəliyeva İlhaməni yalan danışmaqda, ətrafındakıları isə ikiüzlülükdə ittiham edib: "Düzünü bilmək istəyirsinizsə deyim ki, İlhamə Quliyeva yalan danışır. O, özü mənə dəfələrlə zəng edib, barışıq təklif edib. Bunu Tolik də təsdiq edə bilər. Mənə zəng vurdular ki, İlhamə xanım bu savaşı bitirmək istəyir, gəlin barışın. İlhamə xanım telefonu alıb mənə dedi ki, "Nazpəri, mən indi verilişə gedirəm. Gəl orda studiyada barışaq, səni anamın vəfat etməsinin ildönümünə dəvət edirəm. Dedim ki, İlhamə xanım, mən studiyaya gəlməyəcəm. Sonra produsseri Faiq Ələkbərli zəng vurub dedi ki, Nazpəri xanım, sizi studiyaya telefonla bağlayacaqlar, gəlin barışın. Çox xahiş etdi. Mən danışdım, amma İlhamə gözləyirdi ki, mən də o biri ikiüzlü müğənnilər kimi onun ayağına düşəcəm. Deyəcəm, sən Allah, məni bağışla. Xeyr, bu sözü o heç vaxt məndən eşitməyəcək. Biz ayrı-ayrı adamlarıq. Onun yanında olanların hamısı ikiüzlüdür. Qoy, o bunu bilsin. Ona böyük sənətkar deyən adamlar yanından ayrılan kimi mənə zəng vururlar ki, biz səninləyik. Onlar cılız adamlardır. Qoy özü bilsin ki, onu cılız adamlar əhatə edir. Onun yaxın ətrafının məndən etdiyi xahişlərlə bağlı telefon danışıqlarımızın lent yazıları məndədir. Onları məhkəməyə təqdim edəcəm. İlhamə xanım, özü qorxuya düşüb. Bilmir nə etsin ki, mən geri çəkilim. İlhamədən fərqli olaraq, mən məhkəmənin cavabını hər yerdə dərc etdirəcəyəm. Mən bu məsələni tam sona kimi həll etməmiş əl çəkən deyiləm?(Press24.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq