Öz dünyası olan rəssam Səyyar Əliyevin 64 vərəqli ömür yolu

img

19-03-2013 [05:49]


[/center] Bəs, kimdir bu qeyri-adi rəssam? 10 yaşından qələm, təbaşir, fırça onun əlindən düşmür, amma həyat onun üçün başqa bir fərman verir. Səyyar müəllim Politexnik İnstitutunu bitirir və təhsili baxımından mühəndis olur, amma yaradıcılığa olan böyük həvəs onu burda da tərk etmir. Pedaqoji fəaliyyətlə məşğul olaraq, o, ictimai həyatda fəal iştirak edir və imkan olduqca, Qarabağdan olan qaçqınlara kömək edir. Şuşalı olaraq, o, bu gözəl şəhəri ən son anda tərk etmiş, bütün mülkünü orada qoymuş, amma bütün bunlara baxmayaraq, öz doğma torpağına olan sonsuz sevgisini qoruyub saxlamışdır. Qeyd etmək lazımdir ki, o, Uşaq Rəssamlıq Yaradıcılığının təbliğatına görə bir sıra diplom və fəxri fərmanlara layiq görülmüşdür. O, Uşaq İncəsənət Mərkəzini öz vəsaiti hesabına təşkil edib. Bu yaxınlarda təşkil edilmiş " Miniatür Sənəti Xətai Qalereyası ? sərgisində 37 rəssam iştirak etmişdir. Səyyar Əliyevin " Sarı qayanın kədəri? əsəri qonaqların xüsusi diqqətini cəlb etmişdir. Bu sərgidə qonaq olan korifey jurnalist Nadejda İsmayılova bu əsəri " İtirilmiş şəhərlərə rekviem" adlandırıb. Bu əlamətdar gün münasibətilə tanınmış rəssamı oğlu Akşin, qızı Türkan ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırlar. Ad gününüz mübarək, Səyyar müəllim!

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq