?Elzad Abdullayev mənimlə 300 manatın söhbətini elədi?

img

14-03-2013 [02:49]


Məlum olduğu kimi, tanınmış rejissor Mərahim Fərzəlibəyov Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevə görə Bakı Şəhər Prokurorluğundan ona zəng olunduğunu bəyan edib. Belə ki, ondan Elşad Abdullayevlə aralarında telefon danışığının olub-olmadığını soruşublar: ?Qızım Azərbaycan Beynəlxalq Universitetində oxuyurdu. Elşad Abdullayevlə telefon söhbətimiz də bununla bağlı olub. Sonradan ödəniş edə bilmədiyim üçün qızım universitetdən xaric edilib. Sonradan istintaqdan mənə dedilər ki, prokurorluğa gəlib dediklərimi təsdiqləməliyəm. Mən də prokurorluğa gedərək Elşad Abdullayevlə telefon söhbəti barədə dediklərimi təsdiqlədim? Bununla bağlı AzNews.az-a açıqlama verən xalq artisti, tanınmış rejissor Mərahim Fərzəlibəyov maraqlı faktlar açıqlayıb. Rejissorun dediyinə görə, E.Abdullayevə nə qədər ?dil-ağız? etsə də qızının təhsil haqqı ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər: ?300 manat nə idi? O verdiyim pullar da batdı, qızım da təhsil almadı.Qızım onun rəhbərlik etdiyi universitetdə oxuyurdu. Orada 3 il oxudu. Həmin müddətdə biz onun təhsil haqqını ödədik. Sonuncu kursa keçəndə mən təhsil haqqını ödəyə bilmədim. Zəng etdim ki, Elşad müəllim bəlkə siz mənə sənətkar olduğuma görə 50 faiz güzəşt edəsiniz? O, isə kobud şəkildə bunu edə bilməyəcəyini bildirdi. Mənə hörmət etmədi. Elə ona görə də başına bunlar gəldi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq