Nərgiz Pazayevaya qızıl orden verildi

img

14-03-2013 [11:32]


Dünən Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) ?Xidmətlərə görə? Qızıl ordeninin təntənəli surətdə təqdim edilməsi mərasimi olub. ?Qafqazinfo?nun AzərTac-a istinadən verdiyi xəbərə görə, filialın rus ədəbiyyatı tarixi kafedrasının dosenti Andrey Krupçanov təntənəli mərasimi açaraq, MDU-nun və Bakı filialının fəaliyyətindən danışıb. O bildirib ki, bu gün Bakı filialı ölkənin ən nüfuzlu və aparıcı ali məktəblərindən biridir. Bakı filialı riyaziyyat, psixologiya, filologiya, kimya və iqtisadiyyat üzrə bakalavr və magistrlərin hazırlandığı dinamik inkişaf edən ali təhsil ocağıdır. Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatası Direktorlar Şurasının sədri, baş direktoru, professor Haynts Helmut Veypustek fəxri ordenlə təltif edilməsi münasibətilə rektor Nərgiz Paşayevanı təbrik edərək deyib ki, Bakıda olmaq onun üçün şərəfdir. Haynts Veypustek Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının fəaliyyətindən danışaraq bildirmişdir ki, onun təmsil etdiyi qurum beynəlxalq qeyri-hökumət təşkilatıdır. Senat Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının ali orqanıdır. Senata ictimai həyatda mühüm rol oynayan peşəkarlar, məsələn, dövlət xadimləri, nüfuzlu iş adamları, Avropa Parlamentinin üzvləri, universitetlərin rektorları və s. seçilirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq