Yazıçılar Birliyində qan tökülüb

img

13-03-2013 [12:38]


?Əsəd Cahangirlə Elçin Hüseynbəylinin arasında mübahisə Əkrəm Əylislinin üstündə düşüb?. Bunu AzNews.az-a Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu bildirib. Onun sözlərinə görə, yazıçılar arasında mübahisə ?Ulduz? jurnalının redaksiyasında baş verib: ?Mövlud Mövlud Şərif Ağayarla telefonla danışırmış. Elçin Hüseynbəyli deyib ki, Əkrəm Əylisli belədir, millətin əleyhinə gedən yazıçını müdafiə edənlərlə mənim otağımdan danışmayın. Bura mənim otağımdır. Əsəd Cahangir də Elçin Hüseynbəylidən telefonla danışmaq üçün açar istəyib. Bu vaxt tərəflər arasında mübahisə düşüb. Səsə Tofiq Mahmudov çıxıb. İstəyib ki, aranı sakitləşdirsin. Əlini qapının arasına qoyub öyüd vermək istəyib. Elə bu anda orada olanlardan biri qapını çırpıb. Nəticədə onun əli qapının arasında qalıb və qan tökülüb. Yəni, ortada qan tökülüb?. Ə.Əsgəroğlu Yazıçılar Birliyinin sədri Anarın Bakıda olmadığını da təsdiqlədi: ?Anar müəllim burada yoxdur. Gələr yəqin ki, bir ölçü götürülər?. Xatırladaq ki, YB-nin 4-cü mərtəbəsində Əsəd Cahangirlə Elçin Hüseybəyli arasında münaqişə düşüb. Münaqişə nəticəsində T.Mahmudov əlindən xəsarət alıb. Ədalət Əsgəroğlu bu xəsarətin ?qapının arasında almaq?la izah etsə də, əslində hadisə bir qədər fərqli olub. Bu barədə saytımızda geniş material verimişdik. Bildirmişdik ki, Əsəd Cahangirin Əkrəm Əylislini müdafiə edən çıxışı Elçin Hüseynbəylinin narazılığına səbəb olub və nəticədə dava düşüb. Dava sonunda Əsəd Cahangir Elçin Hüseynbəyliyə tərəf butulka atıb. Butulka divara çırpılaraq Elçin Hüseynbəylinin boğazına tuşlanıb. Bu zaman AYB-in məsul katibi Tofiq Mahmudov əlini qabağa verdiyindən E.Hüseybəylinin boğazı kəsilməkdən xilas olsa da, sonda T.Mehdiyevin əli doğranıb. T.Meydiyevin əlinə tikiş qoyulub. Sonda bir məqamı da qeyd edək ki, Yazıçılar Birliyindəki bu qalmaqalla bağlı ilk dəfə AzNews.az xəbər portalı məlumat yaymışdı və bu xəbərin yayılmasından dərhal sonra yazıçı Elçin Hüseynbəyli məlumatı təkzib etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq