Azərbaycanı ?Eurovision?da kim təmsil edəcək?

img

10-03-2013 [02:32]


Azərbaycanın İsveçdə keçiriləcək ?Eurovision -2013? mahnı müsabiqəsində təmsilçisinin seçilməsi üçün keçirilən milli seçim turunun sonuncu ? səkkizinci həftəsi başa çatıb. Bundan sonra həftənin qalibləri ölkə təmsilçisi adı uğrunda mübarizələrini final mərhələsində davam etdirəcəklər. Səkkizinci həftədə 58-ci ?Eurovision? mahnı müsabiqəsində Azərbaycanı təmsil etməyə iddialı 9 namizəd həftə ərzində səs və səhnə imkanlarını İctimai Televiziya və Radionun canlı efirində nümayiş etdirib. Onlar beş gün müddətində milli seçim turunun ənənəvi proqramını yerinə yetirərək məşhur ?Eurovision? hitlərini, dünya və Azərbaycan estradasından nümunələri səsləndiriblər. İfaçıların çıxışları həm münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən izlənilərək dəyərləndirilib. Məhz onların birgə rəyinə əsasən, Valeriya Hüseynzadə və Aysel Babayeva finala vəsiqə qazanıblar. Azərbaycanı 58-ci ?Eurovision? mahnı müsabiqəsində kimin təmsil edəcəyi martın 14-də ?Buta Palace?da keçiriləcək final şousunda məlum olacaq. Milli finalda 10 ifaçı ölkə təmsilçisi adını qazanmaq uğrunda yarışacaq. Milli seçim turunun əvvəlki həftələrində Vüqar Muradov, Rəvanə Əliyeva, Fərəh Hadıyeva, Leyla Əliyeva, Leyla Qafari, Fərid Məmmədov, Nigar Hüseynova və Vlada Axundova da finalda yarışmaq hüququ qazanıblar. Azərbaycanın ?Eurovision-2013? mahnı müsabiqəsindəki təmsilçisi peşəkar münsiflər heyətinin qərarı ilə müəyyənləşdiriləcək. İlkin püşkatmanın nəticəsinə görə, Azərbaycan təmsilçisi mayın 16-da ?Eurovision-2013? mahnı müsabiqəsinin ikinci yarımfinalında çıxış edəcək. ?Eurovision-2013? şousunun iştirakçıları ?We are one?, yəni ?Biz birik? şüarı ilə bir araya gələcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq