Brilliant Dadazova: "Vətənə dəstək üçün 3 dəfə bətnimdəki 4-5 aylıq uzağımı itirmizəm"

img

28-02-2013 [03:40]


"Vətənə, əsgərlərimizə dəstək konsertlərində ùç dəfə bətnimdəki 4-5 aylıq uşağımı itirmişəm." Bu sözlər xalq artisti Brilliant Dadaşovaya məxsusdur. Xalq artisti şəxsən özünün idarə etdiyi facebook səhifəsində aşağıdakı statusu yazıb: "Mən səngərlərdə, soyuqda avtobusla kilometrlərlə yol gedərək cəbhə bölgələrində əsgərlərimizə dəstek olmuşam. Vətəni qoruyan oğullarımızın əhval-ruhiyyələrini yaxśılaşdırmaq üçün dizə qədər palçığın içində vətənpərvər mahnılar oxuyub, konsertlər vermişəm. Dəfələrlə evə xəstə dönüb yatağa dùşən həmən o Brilliant Dadaśovayam. Hər fürsətdə mənə heç kəs vətənpərvərlik òyrətməsin. Vətənə, əsgərlərimizə dəstək konsertlərində ùç dəfə bətnimdəki 4-5 aylıq uşağımı itirmişəm. Sancılarla birbaśa rayonlardan, yollardan xəstəxanaya aparılmışam. İndi isti yerdə oturub çığıranlar çox olar..." Bu sözlərin kimə ünvanlandığını bilməsək də, Brilliant Dadaşovanın bu statusundan məlum olur ki, onu əsəbiləşdiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA