Pərviz Sevdadan ?De mənə? soruzub

img

25-02-2013 [03:32]


İl başlayandan bir neçə hitə imza atan istedadlı və sevilən bəstəkar Pərviz Mahmudov yaradıcı fəaliyyətini davam etdirir. Bu barədə o, mia.az-a açıqlamasında bildirib. Musiqiçinin sözlərinə görə, iki gündür radio dalğalarında ?De mənə? adlı yeni bəstəsi səslənir. Mahnını populyar müğənni Sevda Yəhyayeva ifa edib. Sözləri Leyli İsrafilovaya məxsus kompozisiyanı Elvin Musayev aranjeman edib. P.Mahmudov "De mənə"nin bu ilin hiti olmasına iddialı olduğunu əlavə etdi: ?Bu Sevda ilə altıncı işbirliyimizdir. Musiqi müəllifi kimi ilk imzamı daşıyan ?O zaman? həm də Sevdanın ilk mahnısı oldu. ?O zaman? hər ikimizi tanıtdı. Daha sonra ?Buz kimi?, ?Sənsiz?, ?Saxta?, ?Sən? kompozisiyaları ərsəyə gəldi. ?De mənə?nin də onlar qədər seviləcəyinə inanırıq?. Nikbin əhval-ruhiyyəli lirik-ritmik mahnını dinləyə bilərsiniz: http://www.youtube.com/watch?v=OMdibFTutLQ&feature=youtu.be

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA