?Video qalmaqalı? məzhur teleaparıcının yolunu bağladı

img

24-02-2013 [04:10]


Sabiq millət vəkili Gülər Əhmədovayla bağlı daha bir maraqlı yayılıb. Həmin informasiyada qeyd olunur ki, məşhur ?Elbaro? restoranı da sabiq millət vəkilinin nəzarətində imiş və onun həbsindən sonra adıçəkilən obyektə də əl qoyulub. Bildirilir ki, sözügedən restoran əvvəllər birbaşa G.Əhmədovaya məxsus olsa da, millət vəkili sonradan buranı məşhur teleaparıcı Emin Musəviyə hədiyyə edib. Qeyd edək ki, G.Əhmədovanın mülklərinin siyahısı araşdırılarkən ?Elbaro? restoranı xüsusi diqqət çəkib. Hazırda isə sözügedən restoranın sahibi kimi tanınan Emin Musəvi elə bu məsələ ilə bağlı sorğu-suala tutulur. Amma aparıcı Emin Musəvi AzNews.az-a açıqlamasında bildirdi ki, ?Elbaro? onun deyil, dostlarınındı: ?O restoran mənim deyil, dostlarımındı?. ?Bəs, bu restoran niyə sizin adınızla bağlanır? sualına gəldikdə isə aparıcı cavab əvəzinə dəstəyi qapatdı. Məlumat üçün bildirək ki, Emin Musəvi ilə sabiq millət vəkilinin münasibətləri hər zaman yaxşı olub və aparıcının ATV-də möhkəmlənməsində də Gülər Əhmədovanın böyük əməyi olub. Bunu təsdiqləyən daha bir fakt isə Gülər Əhmədovanın həbsindən sonra aparıcıya da ?qırmızı işığın? yandırılmasıdır. Belə ki, ATV-dəki işindən ayrılan Emin Musəvinin Diaspora Komitəsinə mətbuat xidmətinin rəhbəri vəzifəsinə gətirilməsi planları G.Əhmədovanın həbsindən sonra baş tutmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA