Xalq artisti Fuad Poladov xəstəxanaya düzdü, o, əməliyyat olunacaq

img

20-02-2013 [05:47]


Bir çox tamaşalarda və filmlərdəki rolların əvəzsiz ifaçısı, Xalq artisti Fuad Poladovun səhhətində ciddi problem yaranıb. O, cərrahiyyə əməliyyatı keçirəcək. Bu barədə xəbəri Modern.az saytına aktyorun özü verib. Fuad Poladov bildirib ki, artıq 10 ilə yaxındır ki, böyrək ağrılarından əziyyət çəkir. ?Son 10 gündə böyrəyimdən tutan sancılara görə evdə yatırdım. Hazırda sancıların daha da güclənməsi ilə əlaqədar özəl klinikalardan birinə yerləşdirilmişəm. Həkimlər analizlər götürüblər, cavabı gözləyirlər. Əgər böyrəyimdəki daşı döymə üsulu ilə əzmək mümkün olmasa, əməliyyat olunacam. Yanıma hələ ki, həkimlər heç kimi buraxmırlar?-deyə Xalq artisti telefonda Modern.az-ın əməkdaşına bildirib. Fuad Poladov lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA