Müğənni Aslan Mehriban Əliyevaya məktub yazıb

img

18-02-2013 [07:04]


Müğənni Aslan Hüseynov ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya məktub yazıb. O, ANS PRESS-ə açıqlamasında AzTV-nin sədri Arif Alışanovun özbaşınalığı barədə ?Kanal 13?ə 9 ay əvvəl verdiyi müsahibəsinin indi üzə çıxmasından və məsələnin böyüməsindən heç də narahat olmadığını bildirib: ?Mən Qırğızıstandan Azərbaycana ilk dəfə seçkilərə, Heydər Əliyev siyasətini dəstəkləməyə gəlmişəm. İlk mahnım ?Azərbaycan? olub, sonra ?İgidlər?, daha sonra mərhum Zərifə Əliyevaya həsr olunan ?Ana? mahnısını oxumuşam. Nədənsə bu cür mahnılarımla dövlət kanalına çıxa bilmirəm. Mənə qadağa var. Niyə? Mən neyləmişəm? Kimə müraciət etməliyəm? Bu nə məsələdir? Bu suallara cavab tapa bilmirəm. Arif Alışanovun hərəkətləri və AzTV-də qadağada olmağım barədə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya məktub yazıram. Əminəm ki, Mehriban xanım bundan xəbər tutsa, məsələ ədalətlə həll olunacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 06.06.2025

Bayram namazı qılınıb

16:17 05.06.2025

Pirquluda zəlzələ olub