Xalq artisti ilhamə Quliyevadan rəsmi zəkildə polisə zikayət etdi

img

14-02-2013 [05:08]


Artıq bir neçə gündür Məleykə Əsədovanı məhkəməyə verəcəyi ilə hədələyən xalq artisti İlhamə Quliyeva bu addımı atmamış Məleykə Əsədova onu qabaqlayaraq, polisə rəsmi ərizə yazıb. Belə ki, sənətçi Press24.az-a verdiyi açıqlamasında xalq artistini məhkəməyə verdiyini və bu məsələnin sonuna kimi gedəcəyini söyləyib: ?Artıq hüquq mühafizə orqanlarına gedib şikayət ərizəsi yazmışam. Mən heç kimdən qorxmuram. Bu məsələdə axıra kimi gedəcəyəm?. Xatırladaq ki, bir neçə gün əvvəl İlhamə Quliyeva Nazpəri Dostəliyeva, Məleykə Əsədova və Sərxan Kərəmoğlunun onun ünvanıma təhqiramiz açıqlamalar verdikləri üçün məhkəməyə şikayət edəcəyini bildirmişdi. O, Nazpərini artıq hüquq-mühafizə orqanlarına çağırıldığını, eyni aqibətin Məleykə ilə Sərxanı da gözlədiyini söyləmişdi. İlhamə Quliyeva əlində dediklərini isbatlayacaq videomaterialların olduğunu və adlarını çəkdiyi 3 nəfərin ondan üzr istəmədiyi halda Cinayət Məcəlləsinə uyğun olaraq cəzalandırılacaqlarını demişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA