Canəli Əkbərovdan masaj açıqlaması

img

12-02-2013 [11:18]


3-cü Respublika muğam müsabiqəsinin başlandığı gün xalq artisti, professor Canəli Əkbərovun ?Dərsdə masaj? videogürüntüsü internet portallarında yer aldı və böyük səs-küyə səbəb oldu. Bildirək ki, yayılmış videoda Canəli Əkbərov özünü xanım tələbəsinə masaj etdirir. Bununla bağlı AzNews.az-a açıqlama verən xalq artisti Canəli Əkbərov bu videonun yayılmasında düşmənlərinin əli ilə olduğunu iddia edib: ?Bu video mənim heç vecimə də deyil. Qoy olsun, bu alçaq adamların işidir. 4 il bundan əvvəl olan məsələdir. Guya o videoda nə var? Camaatı saunada görürlər, danışmırlar. Onunla mənə heç nə edə bilməyəcəklər?. ?Həmin videoya baxmısınızmı?? sualına isə C. Əkbərovun cavabı əsəbi oldu: ?Mən elə şeylərə baxmıram. Kimə maraqlıdırsa qoy baxsın?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA