Azərbaycanın ilk milli kommunikasiya peykinin orbitə buraxılmasına həsr olunmuz mahnı yazılıb

img

11-02-2013 [03:35]


Azərbaycanın ilk milli kommunikasiya peykinin orbitə buraxılmasına həsr olunmuş yeni mahnı yazılıb. Bu barədə ?Qafqazinfo?ya Azərbaycan Televiziyası və Radiosu Musiqi Kollektivlərinin bədii rəhbəri Ramil Qasımov məlumat verib. O bildirib ki, Azərbaycan xalqının və dövlətinin hər bir sahədəki uğuru Azərbaycan Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətinin də kollektivini sevindirir: ?Bu günlərdə Azərbaycanın ilk milli kommunikasiya peykinin orbitə buraxılması xəbəri də bizim böyük sevicimizə səbəb olub. Bu gün respublika televiziyası vasitəsilə yayımlanacaq ?Milli Peykimiz? kompozisiyası da bu fərəhin, ölkəmizin salnaməsinə yazılmış yeni tarixi hadisənin yaratdığı böyük əhval-ruhiyyənin təcəssümüdür?. Bildirək ki, kompozisiyanın sözlərini, silsilə vətənpərvərlik mahnı və marşlarının müəllifi, əməkdar incəsənət xadimi Abdulla Qurbani, musiqisini isə SSRİ xalq artisti, professor Arif Məlikovun yetirməsi, bəstəkar Nərminə Nağıyeva yazıb. Əməkdar incəsənət xadimi Etibar Kamaloğlunun rejissorluğu ilə reallaşan layihədə televiziyanın C. Cahangirov adına xoru, Əfsər Cavanşirov adına uşaq xoru və digər musiqi kollektivlərinin üzvləri iştirak edirlər. Bu layihədə səs rejissoru Faiq Babayev də iştirak edib: ?Şəxsən fəxr edirəm ki, ilk milli peykimizin orbitə buraxılmasına həsr olunmuş bu musiqi kompozisiyasının solistiyəm. Doğrusu, ?İlk milli peykimiz çıxdı orbitə, sevin Odlar yurdu Azərbaycanım!...? misralarını ifa edəndə sevincim yerə-göyə sığmır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA