Əkrəm Əylisli Mehrimi əsəbiləzdirib

img

10-02-2013 [06:21]


05;çını hədəfə çevirən müğənni ermənilərlə qohum olduğunu da etiraf etdi [/b] Müğənni Mehrim redaksiyamıza müraciət edərək, yazıçı Əkrəm Əylislinin "Daş yuxular" roman-rekviyemi barədə fikir bildirib: "Bu, dırnaqarası əsəri oxudum. Ahıl bir yazıçının tarixin üstündən xətt çəkərək, yalanlar yazmağı məni danışmağa məcbur etdi. Əslim İrəvan xanlığındandır, amma Bakıda doğulmuşam. Əhmədlidə yerləşən 245 saylı məktəbdə təhsil almışam. Ədəbiyyatı mükəmməl bilsəm də, erməni müəllimimiz Lena Avanesyan hər dəfə məni imtahanda kəsirdi, çünki azərbaycanlıyam. Sinfimizdə 30 şagird arasında bir ləzgi, bir rus və bir azərbaycanlı qızı, yəni məndən başqa qalanı erməni idi. Ermənilər burada yaşaya-yaşaya öz uşaqlarına öyrətmişdilər ki, Azərbaycan "böyük Ermənistan"a məxsus olacaq. Hətta 1983-cü ildə Liana adlı erməni qızı lövhədə Ermənistanın böyük xəritəsini çəkmişdi, Azərbaycanı isə balaca nöqtə kimi qeyd etmişdi. Onlar öz murdar əməllərini çoxdandır həyata keçirirlər. 1901-ci ildə doğulan nənəmin bir gözü yox, üzü çapıq, bədənində xəncər yaraları var idi. Bunu ermənilər etmişdi. 1914-cü ildə isə nənəm dünyaya 2 əkiz uşaq gətirir. Bir gün gecə yatdığı yerdə xanlığa ermənilərin basqısı olur. Onlar müsəlmanların uşaqlarını da öldürüblər. Nənəm deyir ki, əkizləri götürüb, tövlədə gizlənib. Amma ermənilər qoyun-quzunu oradan çıxaranda, uşağın biri qışqırır. Bu vaxt erməni xəncəri soxur uşağın canına və onu göyə qaldırır. Qanını da yalayır. Sonra 2-ci uşaq da ağlayır, onu da tapıb, qılıncdan keçirirlər. 1952-ci ildə isə İrəvanda yaşayan 16 yaşlı əmim Rza odun yığmığa gedəndə, ermənilər onu yaba ilə öldürmüşdülər". Mehrimin sözlərinə görə, Əkrəm Əylislinin bu tarixdən xəbəri yoxdursa, Xocalı soyqırımına, 20 Yanvar hadisələrinə diqqət yetirsin: "Yazır ki, guya burada dövlət çevrilişi oldu, ermənilər qaçdılar. Atam sistem işçisi olub. Deyirdi ki, ermənilər burada nəinki evlərini, hətta oradakı kitablarını belə satıb gedirdilər. Əkrəm Əylislinin yazdığı kimi, onları nə pəncərədən atmışıq, nə də basseyndə boğmuşuq. Guya yerazlar erməniləri döyüb, öldürürdülər və çaşıb hansısa teatr artisti Saday Sadıqlını da möhkəm döyürlər. Öz dədə-baba torpağından ayaqyalın, başıaçıq sürgün edilən yüz minlərlə azərbaycanlı nə tez unuduldu? Əkrəmin haqqında yazdığı ermənilər Parapetdə xan kimi yaşayırdılar. Hamısının "Volqa"sı, "Çayka"sı, "Qaz-31"-i olub. Amma həmişə bizim torpaqlara, var-dövlətə, mal-qaraya və kişilərə göz qoyublar. Onlara çörək verdiyimiz qolumuzu kəsiblər. Vaxtilə mütrif qızları rəqqasəlik edərək, kişilərimizi yoldan çıxarıblar. Bu, onların "ideologiyası"dır. Erməni qadınları kişilərimizə "girişərək", özlərinə torpaqlarımızda yer etmişdilər". Azərbaycanlıların hər bir müsəlman kimi Allahdan qorxan insan olduğunu vurğulayan Mehrim deyir ki, biz heç vaxt yaşlı qadını pəncərədən ata bilmərik: "Mən özüm erməni olan Seva və Manya xalanı gəmiyə mindirib, yola salmışdım. Atam hərbçi olduğundan ora-bura köçməyə məcbur idik. Çox şeyi öz gözümlə görmüşəm. Biz ermənilərlə mehriban olmuşuq. Erməni kimi Allahdan qorxmayan, fahişə millət yoxdur, çünki mayaları zaydır. Onlardan adam olmayıb, olmayacaq da. Düzdür, bəzi erməni arvadları, qızları hələ də evlərimizdə ana-bacıdırlar. Erməni qadınları cadugər olublar. Açığı, dayım arvadı ermənidir, adı İzabelladır, bu gün də Bakıdadır, adını Böyükxanım edib. Nənədir, nəticəsi də var. Burada belə erməni qadınları çoxdur. Neyləyək? Almışıq, gəlin, arvad etməmişik. Vuraq öldürək? Qeyrətimiz, namusumuzdur. Ataq çölə? Saxlamalıyıq da... Amma bir də erməni qızı qapımızdan içəri girə bilməz".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA