"Kurtlar Vadisi"nə iddia qaldırıldı

img

24-01-2013 [06:04]


iyənin ən populyar seriallarından biri olan "Kurtlar Vadisi Pusu" serialına qarşı iddia qaldırılıb. Belə ki, serialda Pusat rolunun yer aldığı səhnələrlə bağlı məhkəməyə müraciət olunub. "Habertürk"ün xəbərinə görə, serialdan məhkəməyə şikayətlənən G.A. adlı vətəndaş Pusat obrazının yer aldığı səhnələrdə onun narkotik maddələrdən istifadə etdiyini bildirib. "Serialın tamaşaçılarının əksəriyyətinin gənclər olduğunu nəzərə alsaq, narkotik maddələrdən istifadə səhnələrinin onlara çox pis təsir edəcəyi şübhəsizdir. Bu səbəbdən də "Kurtlar Vadisi Pusu" serialını çəkən studiya, aktyorlar və serialın nümayiş olunduğu telekanalın məsuliyyətə cəlb olunmasını tələb edirəm", - iddia ərizəsində deyilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA