Həmidə Ömərova: "Buna görə Siyavuz Aslanın yanına getmək istəmirəm"

img

21-01-2013 [11:34]


Xalq artisti Siyavuş Aslanın həmkarlarından gileylənməsinə digər xalq artisti Həmidə Ömərovadan cavab gəlib. Bakuinfo.Az-a eksklüziv açıqlama verən xanım Ömərovanın sənətkarın giley-güzarına reaksiyası belə olub: "Heç vaxt sənət yoldaşlarıma qarşı biganə olmamışam. May ayında Yaşar Nuri Türkiyədə xəstəxanada yatanda onun da yanına getmişdim. Siyavuş müəllimlə də həyat yoldaşı Ofeliya xanım dünyasını dəyişəndə görüşmüşük. Ofeliya xanımın ölümündən sonra onun insult keçirdiyini bilirəm. Mənim xalam oğlu da eyni xəstəlikdən əziyyət çəkir. Belə xəstələr heç kimi görmək istəmirlər. Buna görə Siyavuş müəllimin yanına getmək istəmirəm?. Qeyd edək ki, yanvarın 19-da saytımıza danışan Siyavuş Aslan yalnız Akademik Milli Dram Teatrının rəhbərliyinin onun səhhəti ilə maraqlandığını bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA