Mehriban Əliyeva I Avropa Oyunları üzrə Təzkilat Komitəsinin sədri oldu

img

18-01-2013 [12:41]


Yanvarın 17-də prezident İlham Əliyev I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etməsi böyük tarixi hadisədir. Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunların məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir. Ölkə başçısının sərəncamına əsasən, 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb: Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva - Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Təşkilat Komitəsinin üzvləri Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri Eldar Mahmudov - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Əsədov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Cahangir Əsgərov - ?Azərbaycan Hava Yolları? Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü Etibar Pirverdiyev - ?Azərenerji? Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev - ?Bakıelektrikşəbəkə? Açıq Səhmdar Cəmiyyətinin sədri Çingiz Hüseynzadə - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru Ağacan Abiyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Fərhad Hacıyev - Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Mikayıl Cabbarov - ?İçərişəhər? Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi İlham Mədətov - XXIX və XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü (təşkilat komitəsinin katibi) Namiq Abdullayev - Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Zemfira Meftaxetdinova - Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov - Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü Elnur Məmmədli - Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü Toğrul Əsgərov - Olimpiya çempionu Şərif Şərifov - Olimpiya çempionu. *** Gənclər və İdman Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi ilə birlikdə I Avropa Oyunlarının keçirilməsi ilə bağlı xüsusi tədbirlər planını hazırlayıb Təşkilat Komitəsinə təqdim etmək tapşırılıb. Təşkilat Komitəsi I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etməlidir. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA