Afaq Bəzirqızı səhnədən uzaqlazdı

img

14-01-2013 [11:07]


Bir müddət əvvəl ürəyindən əməliyyat olunan Musiqili Komediya Teatrının aktrisası, Xalq artisti Afaq Bəşirqızı səhhəti ilə bağlı səhnədən uzaqlaşıb. Həkimlər aktrisaya səhnəyə çıxmaq qadağası qoyublar. Belə ki, o, uzun müddət səhnədən uzaqlaşmalı, ev şəraitində dincəlməlidir. Artıq bir neçə aydır ki, aktrisanı heç bir tamaşada görmürük. Modern.az-ın əməkdaşı Xalq artistinin səhhəti və yenidən nə vaxt səhnəyə qayıdacağı ilə maraqlanıb. Afaq Bəşirqızı saytımıza bildirib ki, həkimlər hələ ki, onun səhnəyə çıxmasını məsləhət görmürlər. Afaq Bəşirqızı üçün qəribsəyən səhnəmiz hələ bir müddət də bu ayrılığa dözməyə məcbur olacaq. Xalq artisti onu da bildirib ki, qısamüddətli fasilədən sonra səhnəyə qayıdışı milli bayramımız Novruzda ola bilər: ?Hələ bir müddət də bu vəziyyət davam edəcək. Çünki həkimlər səhhətimlə bağlı səhnəyə çıxmağı məsləhət bilmirlər. Ümumiyyətlə mənim heç olmazsa həftədə bir dəfə ərimlə bazara getməyə ixtiyarım var ya yox? On səkkiz illik stajımda mənə də istirahət lazımdır ya yox? (gülür). Ona görə də hələ ki, istirahət edirəm. İnşallah qısamüddətli fasilədən sonra milli bayramımız-Novruzda səhnəyə qayıdacam?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA