iran UNESCO-da tarın Azərbaycanın musiqi irsi kimi qeydiyyatdan keçməsinə etiraz edib

img

13-12-2012 [01:38]


İran Musiqi Evi tar musiqi alətinin Azərbaycanın musiqi irsi kimi qeydiyyatdan keçməsi ilə bağlı UNESCO-ya etiraz müraciəti göndərib. İran beynəlxalq qurumdan bu musiqi alətini məhz onların mədəniyyət irsinin siyahısında daxil edilməsini tələb ediblər. Bu qərarı İran Musiqi Evinin Direktorlar Şurası qəbul edib. Təşkilatın mətbuat katibi Dariuş Pinyakan İranın UNESCO-dakı nümayəndəsinin bu məsələ ilə bağlı etiraz müraciətini rəsmiləşdirdiyini deyib. Şura tarın UNESCO-da İran və Azərbaycan musiqi aləti kimi qeydiyyatdan keçirilməsini istəyir. Qərbi və Mərkəzi Asiyada qeyri-maddi və mədəni irsin mühafizə olunması üzrə Regional Tədqiqat Mərkəzinin direktoru Yadollah Parmun isə deyib ki, hələ 2009-cu ildən ?kamança? və ?ney? İran musiqi aləti kimi qeydiyyatdan keçirilib. İndi isə tarın məhz İran aləti kimi qeydiyyatdan keçməsi ilə bağlı müraciət ediblər. Mərkəz direktoru Azərbaycan tarının forması, ölüçü, simlərinin sayı, ifa texnikası və tonlarına görə fərqli olduğunu qeyd etsə də, o bildirib ki, orijnal ?Tar? köklərini İrandan götürür. Komitə 7-ci sessiyasında qeydiyyatdan keçirmək üçün Parisdək baş qərargahında 60 namizədi nəzərdən keçirib. Qeydiyyat üçün İran, Hindistan, İtaliya, Macarıstan və Ekvador kimi müxtəlif ölkələrdən 16 müxtəlif element təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA