Deputat "Bu zəhərdə"nin aktyorlarından rəsmi zikayət etdi

img

10-12-2012 [10:28]


Millət vəkili Fazil Mustafanın ?Bu şəhərdə?nin qəhrəmanları Rafael və Coşquna etirazı davam edir. Belə ki, millət vəkili bu dəfə aktyorlardan Bakı meri Hacıbala Abutalıbova şikayət edib. Deputatın merə yazdığı məktubda aşağıdakılardan söz açılıb: "Hörmətli Hacıbala müəllim! Son vaxtlar Bakı şəhərinin əksər ictimai yerlərindəki reklam lövhələrində ?Azərsell? Şirkətinin fəaliyyətini təbliğ edən reklam çarxından götürülmüş müxtəlif afişalar yerləşdirilmişdir. Bu afişalarda yer alan şəkillər Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri arasında ciddi müzakirə mövzusuna çevrilmişdir. Belə ki, konkret bir reklama aid afişalarda qadın geyimi geymiş bəzi kişi cinsinə mənsub aktyorların gülümsəyərək şirkətin təbliğatını həyata keçirməsi cəmiyyətimizin mənəvi mühitinin korlanmasına rəvac vermişdir. İnsanlar bir tərəfdə Olimpiya çempionlarının reklam çarxları ilə qürur duyur, digər tərəfdən isə qadın paltarı geymiş kişilərə baxıb xəcalət hissi keçirirlər. Onsuz da şəhərimizdəki nəqliyyat tıxaclarından təngə gəlmiş vətəndaşlarımızın üstəlik bu cür bədnam reklam afişalarından da psixoloji sarsıntılar yaşamasına yol vermək olmaz. Bakıya gələn xarici qonaqların da Azərbaycan kişilərinin qadın geyimində şəkillərini görüb ölkəmiz haqqında başqa cür düşünə biləcəklərini də diqqətə alaraq, cəmiyyətimizə hörmətsizlik gətirən bu afişaların dərhal yığışdırılması üçün tərəfinizdən tədbirlər görüləcəyinə ümid edirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA