Sənətkarların sevimli övladları dövlət qulluğunda

img

05-12-2012 [02:54]


Adətən, deyirlər ki, ot kökü üstdə bitər. Yəni çox zaman övladlar valideynlərinin peşə davamçısı olurlar. Amma deyəsən, bu məsəl sənətçi övladlarına şamil deyil. Belə ki, Xalq artistləri öz övladlarından danışarkən, onların müxtəlif dövlət orqanlarında, yüksək vəzifələrdə çalışmasından xüsusi qürur duyurlar. Maraqlıdır ?sənətimin quluyam? deyənlər niyə öz övladlarının bu sənətə gəlməsini istəməyib, yüksək əmək haqqı ilə dövlət orqanlarında çalışmalarını arzulayırlar? Övladları dövlət qulluğunda çalışan sənətçilər kimlərdir və onların balaları harada işləyir? Qafqazinfo.az oxucuları üçün maraqlı olacağını nəzərə alaraq Modern.az saytının bir necə gün öncə bu istiqamətdə apardığı kiçik araşdırmanı təqdim edir. Xalq artisti Mənsum İbrahimovun dörd övladı var. Onlardan ikisi dövlət qulluqçusudur. Biri Xarici İşlər Nazirliyində, digəri isə Milli Məclisdə işləyir. Xalq artisti Ağadadaş Ağayevin oğlanlarından biri Gömrük Komitəsində, ikisi Fövqəladə Hallar Nazirliyində, biri isə polis sistemində işləyir. Digər Xalq artisti Niyaməddin Musayevin də oğlu dövlət qulluqçusudur. Müğənninin övladı Gömrük Komitəsində çalışır. Xalq artisti Amalya Pənahovanın oğlu İlqar Muxtarov isə Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiridir. Mərhum xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədov Xarici İşlər Nazirliyinin əməkdaşıdır. B. Məmmədov Buenos-Ayresdəki (Argentina) səfirlikdə konsulluq məsələləri üzrə məsul şəxsdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA