Aygün Kazımova 6 saat plastik əməliyyat keçirib

img

03-12-2012 [06:19]


Hollivud tələblərinə tam cavab vermək istəyi xalq artisti Aygün Kazımovanı heç nədən çəkindirmir. Milli.Az xəbər verir ki, ötən gün gizli şəkildə plastik əməliyyat keçirmiş Azərbaycanın xalq artisti, tanınmış estada ulduzu Aygün Kazımovanın səhhəti çox yaxşıdır. Daim eksklüzivlərini oxucularımızla bölüşən Diva yenə də bizə danışdı: ?Əməliyyat gözlədiyimdən də uğurlu keçdi. Günorta saat 13:00-dan başlayıb düz 6 saat davam etdi. Bunu mənim ən çox həyəcanlandığım əməliyyat da hesab etmək olar. Deməyəcəyəm bədənimin hansı nahiyyəsidir, bircə onu açıqlaya bilərəm ki, gec qalmışdım qərar vermək üçün. Qorxularıma güc gəldim və arzuladığım nəticəni əldə etdim. Açıq demək lazımdırsa, sırf Hollivud layihəm üçün plastik əməliyyata razı oldum. Düşünün ki, bu, başlanğıc idi, hələ daha iki dəfə cərrah bıçağı ilə görüşüm olacaq (gülür). Özü də deyim ki, bu görüş çox qısa zamanda baş tutmalıdır. İnşallah, dekabrın 9-u ingilis dilində oxuyacağım mahnını lentə aldırmaqdan ötrü İstanbula gedirəm. Həmin ərəfədə Los-Ancelesdən peşəkar musiqi müəllimlərim gələcəklər. Böyük ehtimalla Bakıya ayın 11-də dönəcəyəm. Çünki bir gün sonra daha bir plastik əməliyyatım olmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA