Azərbaycanın xalq artisti Yazar Nuri vəfat edib

img

22-11-2012 [10:35]


Azərbaycan xalq artisti, Akademik Milli Dram teatrının aktyoru Yaşar Nuri bu gün səhər saatlarında vəfat edib. Bu barədə ANS TV-yə mərhumun həyat yoldaşı xəbər verib. Azərbaycan kino və teatrında əvəzsiz rolların ifaçısı Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 61 yaşında dünyasını dəyişib. Xatırladaq ki, 2008-ci ilin mayında Yaşar Nuri İstanbul klinikasında qaraciyərindən əməliyyat olunmuşdu. O, 2009-cu ilin axırı 2010-cu ilin əvvəlində İstanbulun "Memorial" xəstəxanasında müalicə almışdı. Keçən ilin noyabrında aktyorun səhhəti yenidən pisləşmişdi. Bu dövr ərzində iki dəfə İstanbuldakı Amerika xəstəxanasına yerləşdirilib və Bakı Mərkəzi Gömrük Hospitalında müalicə almışdı. Yaşar Nuri 1951-ci ilin sentyabrın 3-də Bakı şəhərində, tanınmış azərbaycanlı aktyor M.Nuriyevin ailəsində anadan olub. 1972-ci ildə Yaşar Nuri M.A.Əliyev adına Azərbaycan Teatr İnstitutunu bitirib. 1974-cü ildən o, Azərbaycan Dövlət Drama Teatrın aktyorudur. O, "Bəyin oğurlanması","Yaramaz", "Yol əhvalatı", "Hər şey yaxşılığa doğru", "Yoxlama" kimi məşhur filmlərdə, "Yarımştat", "Göz həkimi", "Kişilər" kimi teletamaşalarda rol oynayıb. Yaşar Nuri 1989-cu ildən bəri Azərbaycanın xalq artistidir. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif olunub. Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR
20:19 16.05.2025

Qayıdış nəğməsi