Bilal Əliyev Rəsul Quliyevlə dostluğundan danızdı

img

21-11-2012 [10:14]


Xalq artisti, hər zaman çıxışlarında Yeni Azərbaycan Partiyasını dəstəklədiyini bildirən Bilal Əliyevin Müsavat Ali Məclisinin sədri Arif Hacılı, AXCP Ali Məclisin sədri Həsən Kərimov, KXCP funksioneri Xəzər Teyyublu və Rəsul Quliyevlə bir sıra tanınmış müxalifət nümayəndələri ilə facebook sosial şəbəkəsində dostluq etdiyi məlum olub. Xalq artisti Bilal Əliyev AzNews.az-a açıqlamasında adları çəkilən müxalifət liderlərinə qarşı məhfi fikirdə olmadığını bildirdi: ?Mən Facebookda heç bir şeylə məşğul olmuram. Orada başqa adamlar var, mənim adım və şəkilimdən istifadə edir. Mən Azərbaycan xalqına xidmət edirəm. Və bu xaqın taleyi də etibarlı əllərdədir. Hamı bilir ki, mən ulu öndər üçün ölümə gedərdim, yenə də bu fikirdəyəm. Onun ən layiqli davamçısı cənab İlham Əliyevə böyük hörmətim var. Demək olar ki, ata-oğul bu xalqı bütün bəlalardan xilas edib. Onlar olmasaydı, bəlkə də başımız çox bəlalar çəkərdi. Amma Rəsul Quliyev, Arif Hacılı, Həsən Kərimov, bir sözlə, saydığınız bütün insanlar da bu xalqın övladlarıdır, Azərbaycan vətəndaşlarıdır. Mənim onlara qarşı pis fikrim yoxdur. Əgər onlar Azərbaycana qarşı pis olarlarsa, mən də onlara qarşı pis olaram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA