?Ali təhsil alan gənclərin elmi tədqiqatlara istiqamətləndirilməsi və müasir elmi tədqiqat metodları? layihəsi Lənkəranda

img

15-11-2012 [11:22]


nclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə ?Ali təhsil alan gənclərin elmi tədqiqatlara istiqamətləndirilməsi və müasir elmi tədqiqat metodları? layihəsi Lənkəranda icra olunacaq. Azərbaycanda elmi fəaliyyətlə məşğul olan ziyalıların orta yaş həddinin yuxarı olması göstərir ki, azərbaycanlı gənclərin elmi tədqiqatlara istiqamətləndirilməsi və onlarda elmə olan marağın artırılması zəruridir. Bu da öz növbəsində gənclərin elmi tədqiqatlara həvəsləndirilməsi istitqamətində seminar və təlimlərin keçirilməsini zərurətə çevirir. Bu məqsədlə ?Gənclərin Elmi Araşdırmalarına Dəstək? İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə ?Ali təhsil alan gənclərin elmi tədqiqatlara istiqamətləndirilməsi və müasir elmi tədqiqat metodları? layihəsinin həyata keçirir. Layihənin əsas ideyasını iqtisadi potensialın intellektual kapitalına çevrilməsi yolunda gənclərin potensialından istifadə edərək onlar arasında elmin müxtəlif sahələrilə bağlı yeni nailiyyətlərin əldə olunmasına kömək etmək təşkil edir. Layihə çərçivəsində gənc tədqiqatçılar müasir elmi tədqiqat metodları (akademik məqalə, konfrans məruzələri, tezis və dissertasiyanın yazılma qaydaları, tədqiqat zamanı müasir informasiya texnologiyalarından səmərəli istifadə metodları), xaricdə elmi tədqiqat və təhsil imkanları, elmin fərdi və sosial həyatdakı rolu, ölkənin sosial-iqtisadi inkişafı baxımından akademik fəaliyyətin əhəmiyyəti, elmi tədqiqatçının xüsusiyyətləri və keyfiyyətləri haqqında məlumatlar əldə edəcəklər. Layihə 16 noyabr 2012-ci ildə Lənkəran Dövlət Universitetində gənc tədqiqatçılara təqdim olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR