Xalq artisti Siyavuz Aslanın vəziyyəti pisləzib

img

01-11-2012 [04:21]


Azərbaycanın xalq artisti Siyavuş Aslanın vəziyyəti pisləşib. Dərhal xalq artisti üçün təcili yardım çağrılıb. Siyavuş Aslanın baxıcısı Sədaqət xanımın ANS PRESS-ə verdiyi məlumata görə, xalq artisti bir müddət özündə olmayıb. Heç bir şeyə reaksiya verməyib. "Həkimlər onu xəstəxanaya aparmaq istəsələr də, sonradan xəstə özünə gəlib. Siyavuş Aslan özünə gəldikdən sonra xəstəxanaya getməkdən imtina edib. Şükürlər olsun ki, Siyavuş Aslanın vəziyyəti yaxşıdır?. Kliniki Tibbi Mərkəzinin baş həkimi Tərlan Bəbirovun ANS PRESS-ə verdiyi məlumata görə, axşam saatlarında Siyavuş Aslanın vəziyyətinin psiləşməsi ilə bağlı xəstəxanaya xəbər verilib. Lakin sonradan xəstənin vəziyyətinin yaxşılaşdığını və onun xəstəxanaya gətirilməyəcəyini bildiriblər. Xatırladaq ki, Siyavuş Aslan 2 dəfə insult keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA