Müğənni Rəqsanə küçədə təhqir edildi

img

30-10-2012 [05:17]


Müğənni Rəqsanə küçənin ortasında hücuma məruz qalıb. Müğənni özü bu barədə məlumat verib. Onun sözlərinə görə, hadisə Nərimanov rayonu Ağa Nemətulla küçəsində, Vergilər Departamentinin yaxınlığında baş verib. ?Bu gün məni Nərimanov rayon Məhkəməsinə Faiq Azayevlə bağlı çağırmışdılar. Mən zərərçəkmiş qismində izahat yazdım. Məhkəmədən çıxanda Faiq Azayev məni izlədi və Vergilər Departamentinin qarşısında maşımın qabağında avtomobilini saxladı. Sonra da, maşından düşərək məni küçənin ortasında söyməyə başladı. Daha sonra avtomobilimi təpiklədi, yumruqladı və cızdı?. Müğənni artıq baş verən hadisə ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə müraciət etdiyini bildirib. Bölmədən ANS PRESS-ə verilən məlumata görə, müğənni onlara hadisə ilə əlaqədar şikayət bildirib. ?Rəqsanə xanım izahatını verdikdən sonra, bu barədə lazımı ölçü götürüləcək?, - deyə polis bölməsindən bildiriblər. Qeyd edək ki, Faiq Azayev Rəqsanənin keçmiş sevgilisi olub. ans

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA