Nisə Qasımova ilə ANS "mavi" sözünə görə yenə üz-üzə gəldi

img

24-10-2012 [10:14]


?O, çox yaxşı tanıyır bizi. Bilir ki, mənim ailəm və mən necə insanlarıq. Mənim Maisə sonsuz hörmətim var. Mən ANS-də işlədiyim müddətdə nəsə bir hadisə baş verirdirsə, gedirdim Maisin yanına o, məni sakitləşdirdi, nələrisə izah edirdi. İndi gör nə deyib??. Bu sözləri xalq artisti Nisə Qasımova bildirib. Xalq artisti oğlunun ANS telekanalı tərəfindən təhqir olunduğunu iddia etməsi və buna görə televiziyanın üzr istəməsini tələb etməsinin ardından şirkətin media müşaviri Mais Məmmədovun verdiyi reaksiyasından şoka düşdüyünü açıqlaqyıb. Onun sözlərinə görə, M. Məmmədovun bu açıqlaması məhkəmə qərarını daha dəqiqləşdirib: ?Mənim qərarım qətiləşdi. Mən ANS-i məhkəməyə verəcəyəm? . Xalq artisti bu gün ANS telekanalından ona zəng də gəldiyini deyib: ? Bu gün mənə ANS-də zəng gəldi və dedilər ki, biz çox üzüldük, o verilişlə bağlı cəzalar olacaq. Həmin veriliş yayımlanan zaman təkzib də edəcəklər. Mən isə dedim ki, şəxsən məndən üzr istənilməlidir?. Xatırladaq ki, ANS telekanalında şou verilişlərinin birində yayımlanan süjetdə Nisə Qasımovanın oğlu Fətullahın guya cinsi azlıqlara aid olduğu bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA