Şakiranın Bakıda göbək atmasına kim mane olub?

img

15-10-2012 [11:04]


Türkiyənin nüfuzlu ?Haberturk? portalı məşhur müğənni Şakiranın Bakıdakı 50 dəqiqəlik konsertindən yazıb. Türk həmkarlarımız hər zaman səhnədə göbək atmaqla rəqs etməyi xoşlayan müğənnin Bakıda nədən bunu etməməsinin səbəblərinə toxunub. Mia.az ?Habertürk?ə istinadən xəbər verir ki, Şakiranın göbək atmasına mane olan bətnindəki övladı olub: ?25 min nəfərin izlədiyi səhnədə Şakira izləyicilərə hamiləliyinə diqqət çəkərək dedi ki, səhnəyə yalnız gəlməyib. Bakıdakı bu möhtəşəm havanı oğlum da hiss edir. Mən səhnədə rəqs etmədən dura bilmirəm. Amma bu gecə diqqətli olmaq zorundayam?. Xatırladaq ki, Şakira Bakıda hit mahnılarından sayılan "Loca", " La tortura"," Hips don `t lie", "Waka Waka", "Rabiosa" mahnılarını səsləndirib. .

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA