Aqil M.Quliyevə qarzı cinayət izi açıldı

img

09-10-2012 [06:10]


Rejissor Aqil M.Quliyev barəsində Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə cinayət işi açılıb. Gün.az xəbər verir ki, buna səbəb Marianna Turabova adlı vətəndaşdan aldığı 150 min manat borcu geri qaytarmaması olub. M.Turabovanın müraciəti əsasında Xətai Rayon Məhkəməsində işə baxılıb və borcun qaytarılması barədə qərar qəbul olunub. Borcun verilməməsi səbəbindən Ədliyyə Nazirliyinin İstintaq İdarəsi tərəfindən cinayət işi açılıb. Qeyd edək ki, məsələ ilə əlaqədar Aqil M.Quliyevin özü ilə əlaqə yaratmaq cəhdimiz baş tutmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA