ATV-də yeni serilal - Məhkumlar

img

02-10-2012 [06:02]


Azərbaycanda sözün əsl mənasında həm bütün parametrləri ilə dünya teleseriallarının tələblərinə cavab verə bilən teleserial çəkilişlərinə başlanılıb. ATV telekanalının sifarişi ilə çəkilən serialda cəmiyyətdə baş verən sosial problemlər: ailədaxili zorakılıq,erkən nikahlar,yaxın qohum nikahları, valideyn - övlad münasibətləri kimi ciddi sosial problemlər öz ekran həllini tapıb. Serialın ilkləri sözün əsl mənasında saymaqla bitmir. Ilk dəfə Azərbaycanda çəkilən bir teleserialın internet portalı(www.mahkumlar.az) fəaliyyətə başlayıb. Teleserialda çəkilən aktyorlar arasında əməkdar artistlər Bakı Bələdiyyə Teatrının aktyorları, əməkdar artist Firəngiz Babayeva(Zərrintac), Aydın Əliyev(Fikrət), Sərvər Şahbəyli(Bəhram) kimi aktyorlar var.Teleserial 4 oktyabr 2012 -ci il tarixində saat 19:30 da ATV telekanalının efirində olacaq. "Məhkumlar" adlanan teleserialın rejissoru və baş produseri Yaşar Əhmədov, ssenari müəllifi isə Vüsal Nurudur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA