Arif Quliyev yaddazını itirib

img

26-09-2012 [11:52]


?Müalicə etsinlər, yaddaşım düzəlsin ki, görüm kiməm, nəçiyəm, harda işləmişəm?. Arif Quliyevin yaddaşında problem yaranıb. Bu barədə Kulis.az-a aktyor özü deyib: ?Təzyiqimin də oynamağı var, hələ də ayağa duranda başım gicəllənir. Özümü çox zəif hiss etsəm də əvvəlkinə baxanda yaxşıyam. Üzü bəriyəm?. Aktyor müalicəsinin davam etməyindən də danışıb: ?Sağ olsunlar həkimlər məni kompleks müalicə edirlər. Əsas müalicəm təzyiqin oynamağından çox yaddaşımda yaranan problemlə bağlı aparılır. Məni ən çox narahat edən də budur. Yaddaş bərpa olunmasa filmlərə çəkilə bilmərəm, rol oynaya bilmərəm, çünki sözləri öyrənməliyəm ki, hansısa rolu oynaya bilim. İndi həkimlər bunun üçün çalışır?. Xatırladaq ki, xalq artisti üç həftədir ki, xəstəxanada hipertoniya diaqnozu ilə müalicə olunur.#601;kiml

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA