?Pizik Günel?in canlı yayımdakı qalmaqalının səbəbi bilindi

img

18-09-2012 [06:55]


Space TV-də teleaparıcı Mikayıl Güləddinoğlunun təqdimatında yayımlanan ?Sevimli şou? verilişinin sonuna yaxın baş verən hadisə qalmaqala səbəb olub. Hər şey içində məktub olan gül dəstəsinin canlı yayıma göndərilməsindən sonra baş verdi. Tanınmış ifaçılar - Zöhrə Abdullayeva, Qədir Qızılsəslə birlikdə qonaq olan estrada müğənnisi Günel Ələkbərova öncə inanmaq istəmədi ki, bu hədiyyə məhz onun adına studiyaya gətirilib. Teleaparıcının israrı məsələnin heç də zarafat olmadığını ortaya qoydu. Hər vəchlə məktubu açmağa çalışan Mikayıl istəyini gerçəkləşdirilə bilmədi. Günel cəld tərpənib qızılgül dəstəsini Zöhrə xanıma bağışladı və verilişin bitməsini gözləmədən zərfi də götürüb canlı yayımı tərk etdi. Gizli məktubun içində nə yazılmışdı? Bu suala cavab almaq üçün Milli.Az-ın əməkdaşı Ələkbərova ilə əlaqə saxladı. "Sənətçi olduğum üçün gül və ya hədiyyə almağımda heç bir qəbahət yoxdur. Verilişi yarımçıq tərk etməyimin səbəbi tam başqa söhbətə görə oldu. Mikayıl zərfi açıb, içində həqiqətən məktub olduğunu göstərsəydi, məsələ bu qədər şişib qalmaqalla nəticələnməzdi. Qısa deyəcəyəm: bu, Almaniyanın Köln şəhərində yaşayan pərəstişkarlarımdan birinin dostu tərəfindən yazılmışdı. Ciddi evlilik təklifi idi. Məktubda bir həftədən sonra qeyd edəcəyim doğum gününə sürprizlə qarşılaşacağım da yazılmışdı. Bundan başqa açıqlama etmək niyyətim yoxdur, çünki məktub artıq yoxdur, cırıb atdım", - Günel dedi. Mikayıl da Günelin cavabını gözlətmədi: "Gərək Günel belə sərt reaksiya göstərib, studiyadan getməzdi. Mən tamaşaçıları bir az da intizarda saxlamaqdan ötrü məktubu tez açmırdım. Hesab eləmirəm ki, verilişdə baş verən bu anlaşılmazlıq münasibətlərimizə mənfi təsir göstərəcək. Günel nə vaxt arzu edərsə, aparıcısı olduğum şounun qonağı ola bilər". Milli.Az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA