Ermənistan Bakıda keçiriləcək ?Eurovision-2012? mahnı müsabiqəsində iztirakdan imtina edib

img

07-03-2012 [12:21]


Ermənistan bu ilin mayında Bakıda keçiriləcək ?Eurovision-2012? mahnı müsabiqəsində iştirakdan imtina edib. Bu barədə müsabiqənin rəsmi saytı olan eirovision.tv-də məlumat yerləşdirilib. Müsabiqənin icraçı drektoru Con Ola Sand bildirib ki, onlar həqiqətən də Ermənistanın bu il müsabiqədən imtinasına məyus olublar. "Avropa Yayım Birliyinin səyləri və yarışmanın ev sahibinin Ermənistan nümayəndə heyətinin bu müsabiqədə rahat iştirakına təminat verməsinə baxmayaraq bizim nəzarətimizdən kənar olan şərtlər (şərait) onların qərarına mane ola bilmədi", deyə supervayzer əlavə edib. Beləliklə, Azərbaycan, Bakıda keçiriləcək Eurovision-2012 müsabiqəsində elan edilmiş 43 ölkə əvəzinə 42 ölkə iştirak edəcək. Hər yarım finalda 18 ölkə təmsil olunacaq. Fransa, Almaniya, İtaliya, İspaniya, Birləşmiş Krallıq və müsabiqə keçiriləcək ölkə-Azərbaycan finala avtomatik olaraq qatılacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA