Mehriban Əliyeva məzhur italiyalı dizaynerlə görüzüb

img

28-02-2012 [12:16]


Fevralın 27-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məşhur italiyalı dizayner, ?Ermanno Şervino? şirkətinin baş icraçı direktoru Toni Şervino ilə görüşüb. Görüşdə bu il Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan milli yığmasının idman formalarının dizaynı və quruluşu ilə bağlı müzakirə aparılıb. Birinci xanım Mehriban Əliyeva Toni Şervinoya tövsiyələrini verərək bildirib ki, bu formalar öz üslubu ilə Azərbaycanın milli koloritini və naxışlarını, dövlət atributlarımızı, bayrağımızdakı rəngləri əks etdirməlidir. Görüşə görə minnətdarlığını bildirən qonaq qeyd edib ki, Azərbaycanın olimpiya komandasının formasının ən yüksək standartlara uyğun hazırlanması ilə bağlı əlindən gələni əsirgəməyəcək və bu işi rəhbərlik etdiyi mütəxəssislərlə birgə yüksək səviyyədə icra edəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA