Polza Mədəniyyət Nazirliyi Sabir Rüstəmxanlını medal və xüsusi diplomla təltif edib

img

16-02-2012 [04:15]


Polşa Mədəniyyət Nazirliyi Azərbaycanın xalq şairi, Milli Məclisin üzvü Sabir Rüstəmxanlını ?Sənətkara şöhrət? medalı və xüsusi diplomla təltif edib. Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, S. Rüstəmxanlı bu medala mədəniyyət və ədəbiyyat sahəsindəki xüsusi xidmətlərinə və Polşa-Azərbaycan ədəbi əlaqələrinin inkişafında oynadığı rola görə layiq görülüb. Məlumatda bildirilir ki, S. Rüstəmxanlı polyak ədəbiyyatının klassiki, slavyan poeziyasının üç zirvəsindən biri sayılan Adam Mitskeviçin ədəbi irsinin tərcüməsi və onun Azərbaycanda tanıdılması sahəsində xeyli iş görüb. S. Rüstəmxanlının tərcüməsində A. Mitskeviçin ?Krım sonetləri? (1985), ?Krım sonetləri ? pantodeuş? (1998) kitabları, həmçinin ?Dünya ədəbiyyatı kitabxanası? seriyasından kütləvi tirajla çap olunan ?Seçilmiş əsərləri? Azərbaycan oxucusuna təqdim edilib. S. Rüstəmxanlı həm də Adam Mitskeviçin yaradıcılığı ilə bağlı bir sıra məqalələrin müəllifidir. Medalının xüsusi təqdimetmə mərasiminin keçirilməsi də nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA