Pərviz Mahmudov: ?Bizdə özlərinə sənətkar deyib qıraqda oturan çox ifaçılar var?

img

10-02-2012 [04:24]


Hit mahnıların bəstəkarı Pərviz Mahmudovun yeni kompazisiyalarını Azərbaycanın iki sevilən və populyar estrada ulduzları ifa edib. Bu barədə MİA-ya məlumat verən gənc bəstəkarın sözlərinə görə, yaxın günlərdə Röyanın ifasında ?Son görüş? adlı kompazisiya radio dalğalarından eşidiləcək. Bu Pərviz Mahmudovla Röyanın üçüncü işbirliyidir: ?Röya Azad İsayevin bu şerini mənə təqdim edəndə sözlər çox xoşuma gəldi və mən şeri oxuyan kimi artıq mahnı hazır idi. Röya ilk dəfə sözləri Aygün İsmayılovaya aid olan ?Bir il keçdi? adlı mahnımı, daha sonra Leyli İsrafilovanın sözlərinə yazdığım ?Bəlkə də?ni ifa edib. Röya çox gözəl müğənnidir və mahnının haqqını verərək oxuyur. Onunla bizim işbirliyimiz çox uğurlu alınır. Röya ilə hazırladığımız mahnılar hər kəs tərəfindən sevilir. Bu sıradan ?Bəlkə də? mahnısının çox maraqla qarşılandığını deyə bilərəm. Əminəm ki, ?Son görüş? adlı yeni kompazisiyamız daha da uğurlu olacaq və reytinqləri bir daha üstələyəcək.? Pərviz Mahmudovun daha bir yeni bəstəsi olan ?O gündən? adlı kompazisiya isə xalq artisti Aygün Kazımovanın ifasında dinləniləcək. Sözləri Leyli İsrafilovaya məxsus olan ritmik və dinamik notlar üzərində yazılan kompazisiyanı Hakan Erol aranjeman edib. Bu isə gənc bəstəkarın xalq artisti ilə olan ikinci işbirliyidir: ?Aygün xanım sözün əsl mənasında çox gözəl bir sənətkardır. Bizdə özlərinə sənətkar deyib qıraqda oturan çox ifaçılar var. Amma Aygün xanım doğrudan da hər zaman sənət nümayiş etdirir. Bizim xalq artistimiz ilk dəfə mənim Leyli İsrafilovanın sözlərinə bəstələdiyim ?Alışdırma? adlı mahnımı ifa edib. Aygün xanımla işləmək çox gözəl və zövqlüdür. O hər dəfə ifasında elə məqamlar ortaya qoyur ki, biz məəttəl qalırıq. Aygün xanım yeniliklərlə zəngindir.? Pərviz Mahmudov Aygün Kazımova ilə tanışlığının 2004-cü ilə təsadüf etdiyini də xatırlatdı. Gənc bəstəkarla xalq artistinin yaradıcı işbirliyi onların əvvəlcə duet ortağı olmalarından başlayıb: ? Aygün xanım iştirak etdiyim ?Yeni ulduz? yarşmasında ilk dəfə ifamı eşidəndən sonra müsabiqənin sonunadək məni dəstəklədi. O, mənə görə münsiflər heyətinin digər üzvləri ilə çox münaqişələr edirdi. Onun sənəti kimi özü də gözəl insandır. Həmin müsabiqənin qala konsertində də biz duet oxumalıydıq, lakin səs tonlarımız uyğun gəlmədiyi üçün mən çox pis oldum. Aygün xanımsa ürək-dirək verərək, narahat olmamağımı və mənimlə bərabər səhnədə olacağına söz verdi. Onunla səhnəni bölüşmək məni çox sevindirdi.?

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA