Dövlət qurumlarının kommunal borcu yaranıb - 7.5 milyon manat

img

01-09-2018 [09:41]


2018-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyəri ötən ilin eyni dövrünə nisbətən 5,6 faiz artaraq 125,3 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Rəsmi məlumata görə, istehlakın ümumi dəyərinin 66,5 faizini elektrik enerjisi, 14,1 faizini təbii qaz, 8,1 faizini su, 6,7 faizini rabitə xidmətləri, 4,6 faizini isə istilik enerjisi təşkil edib.

2018-ci ilin yanvar-iyun aylarında büdcə təşkilatları istifadə etdikləri xidmətlərin ümumi dəyərinin 94 faizini ödəyib və 7,5 milyon manat kreditor borc yaranıb.

Büdcədən maliyyələşən istehlakçılar müəyyən edilmiş limitin ümumilikdə 97,1 faizindən istifadə edərək, 3,1 milyon manatlıq suya, 2,1 milyon manatlıq təbii qaza və 0,4 milyon manatlıq istilik enerjisinə qənaət edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA