Azərbaycanla Koreya arasında saziş təsdiqləndi - Gömrüklə bağlı

img

29-08-2018 [19:40]


Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Koreya Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı yardım və əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Koreya Hökumətinə bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, saziş bu il iyunun 29-da Brüssel şəhərində imzalanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA