Putindən pensiya qanununa etiraz: "Qadınlar 63 yaşında pensiyaya çıxmamalıdır, bu, düz deyil"

img

29-08-2018 [16:51]


"Rusiyada qadınlar 63 deyil, 60 yaşında, kişilər isə 65 yaşında pensiyaya çıxmalıdırlar".

Bunu RF Prezidenti Vladimir Putin vətəndaşlara telemüraciətində deyib.

O qeyd edib ki, qanun layihəsində qadınların pensiya yaşını 8 il, yəni 63 yaşadək artırmaq təklif olunur, kişilər üçün bu hədd 5 il çoxalır:

"Belə olmaz, bu, düzgün deyil. Bizim ölkəmizdə qadına xüsusi münasibət var. Biz başa düşürük ki, onlar yalnız əsas iş yerində çalışmır, həm də bütün ev, ailənin qayğısı, uşaqların tərbiyəsi, nəvələrlə məşğul olmaq da onların üzərinə düşür. Qadınlar üçün pensiya yaşı kişilərdən çox artırılmamalıdır".

Buna görə də V.Putin hesab edir ki, qadınların pensiya yaşını 8 il deyil, 5 il artırmaq olar/Trend.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA