Gömrük Komitəsi büdcəyə 1 941,159 milyon manat köçürüb - Statistika

img

09-08-2018 [14:28]


Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 941,159 milyon manat təşkil edib.

Mia.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,95% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 30,15% artaraq 498,119 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 35,4% artaraq 1 328,808 milyon manat, aksizlər üzrə daxilolmalar 2,1 dəfə artaraq 93,504 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 11,8% artaraq 20,728 milyon manat olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA