“Sən konsert verirsən, mən uşaq doğuram” - Röya ilə Elnarənin qalmaqalı böyüyür

img

08-08-2018 [16:25]


Müğənni Elnarə Xəlilova ilə Röya Ayxan arasında plagiat mahnı iddiaları ətrafında yaranan qalmaqal böyüyür. 

Belə ki, ötən gün Elnarə Röyanın son çıxardığı "Mənə sevgindən bəhs et”adlı mahnısının plagiat olduğuna işarə vuraraq Uitni Hyusotunun "I have nothing”mahnısını "Instagram”hesabında paylaşıb. Əməkdar artist isə ona "Instagram Story”də cavab verərək "Elnarə xanım, siz oxumuş qadınsınız. Sadə insanları maarifləndirməlisiniz. Bunu deməyə haqqım var, çünkitəhsilinizin çətin dönəmində Allah məni sizə yetirib” sözlərini işlədib.

"Qafqazinfo” xəbər verir ki, Elnarənin cavabı gecikməyib. O, feysbuk hesabında "Bütün Azərbaycan bilir ki, mən pulsuz təhsil almışam. Söhbət sənin mənə guya verdiyin hansı təhsilin haqqından gedir?” deyə həmkarına cavab verib:

"Həyatda hamıdan hər şey görmüşəm. Amma səndən bunu gözləmirdim. Qarabağlılara yox, barı tonla kəsdiyimiz çörəyə hörmət edəydin. Mənə çox sağ ol demək əvəzinə ünvanıma yazdığın sözlərə bax. Mahnı mahnıya oxşayar. Sənin ünvanına bir söz deyən oldu Röya Ayxan? Mahnında problem varsa onu yazanların boğazından yapış ki, ətək-ətək pul tökmüşəm sizə, bu nədi eləmisiz? Məni niyə iynələyirsən? Ey Ulduzların Ulduzu! Ey Starların Starı! Ey Əməkdarların Əməkdarı! Sənə ancaq tərif yağdıranda xoşuna gəlir? Səndə qüsur ola bilməz? Sənin ən böyük problemin də elə budur! Özünə o qədər vurğunsan ki, gözün özündən başqa heç kimi görmür.

Mən iş görməsəm, trend olmasam, tələbatlı olmasam bu qədər şirkətlər məni özlərinə sima seçər? Sən də oxuyursan, mən də oxuyuram. Sənin öz izləyicin var, mənim öz. Sən də klip çəkdirirsən, mən də çəkdirirəm. Sən də Türkiyədə iş gördürürsən, mən də gördürürəm. Sən konsert verirsən, mən uşaq doğuram. Bu da mənim konsertim və uğurumdur. Sən birini də verirsən. Mən birini də doğuram. Nəyi pisdi ki? Səndə o var, məndə bu. Sən konsert verirsən, mən təhsil alıram. Buna da zaman gedir. Buna da ömür gedir".



Digər xəbərlər
SON XƏBƏRLƏR