Ölkədə bir milyon hektar ərazidə taxıl biçini aparılıb, 18 nəfərə kombayn sürmək üçün vəsiqə verilib - Nazirlik

img

06-08-2018 [16:57]


"Bu günə qədər Azərbaycanın rayonlarında 1 007,8 min hektar sahədə taxıl biçini aparılıb". 

Mia.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məlumat verib. 

Onun sözlərinə görə, bunun 672,1 min hektarı buğda, 335,7 min hektarı isə arpa sahələridir. Hazırkı məlumatlara əsasən, buğdanın orta məhsuldarlığı 30,1 s/ha, arpanın orta məhsuldarlığı isə 27,6 s/ha təşkil edir. Arpa biçininin 99,7%-i, buğda biçininin isə 99,1%-i yerinə yetirilib. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti 26 ədəd (Bakı – 11, Cəlilabad – 3, Goranboy – 1, Kürdəmir – 1, Lənkəran –1, Masallı – 1, Sabirabad – 1, Şabran – 2, Şəki – 1, Şirvan – 4) kənd təsərrüfatı texnikasını dövlət qeydiyyatına alıb, 23 ədəd (Bakı – 10, Cəlilabad – 3, Lənkəran – 1, Masallı – 1, Sabirabad – 1, Şabran – 2, Şəki – 1, Şirvan – 4) kənd təsərrüfatı texnikasına dövlət texniki baxışı keçilib. 18 nəfərə isə (Bakı – 1, Bərdə – 2, Cəlilabad – 1, Qazax – 1, Quba – 6, Lənkəran – 1, Şirban – 6) kənd təsərrüfatı texnikasını və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verib və yaxud dəyişdirilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA