Büdcədən maliyyə yardımı alan hüquqi şəxslərin borclanma qaydası... - Hökumətdən dəyişiklik

img

02-08-2018 [23:47]


Nazirlər Kabineti 2010-cu il 28 iyul tarixli qərarla təsdiq edilmiş "Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar"a dəyişiklik edib.

Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən (Benefisiar tərəfindən razılığın alınması qaydası) qaydaların 4.2.5-ci yarımbəndi (əvvəlki benefisiarın kredit təşkilatlarına borcları barədə Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış və digər borcları haqqında məlumat - red) kredit bürosundan benefisiara aid kredit hesabatı, həmçinin benefisiarın kredit hesabatında əksini tapmayan digər borcları haqqında məlumatla əvəz edilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA