Azərbaycan Türkiyə ilə şəhərlərarası sərnişin aviareyslərinin sayını 3 dəfə artırdı

img

25-07-2018 [11:09]


Bakıda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğunun nümayəndə heyətləri arasında görüş keçirilib.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, görüşdə hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri də iştirak edib.

Görüş zamanı iki qardaş ölkə arasında hava əlaqəsinin liberallaşdırılması məsələsi müzakirə edilib. Aparılmış danışıqlar nəticəsində tərəflərin ərazisindəki şəhərlərarası sərnişin reyslərinin sayı təxminən 3 dəfə (həftədə 45 reysdən 127 reysədək) artırılıb. Uçuş hüququ Azərbaycan Respublikasının və Türkiyə Respublikasının bütün aviaşirkətlərinə şamil ediləcək.

Bundan əlavə, tərəflər "Hava əlaqəsi haqqında” yeni Saziş layihəsinin müzakirəsinə başlamaq barədə razılığa gəliblər. Həmin Saziş imzalandıqdan sonra qüvvədə olan 1992-ci il 2 may tarixli "Hava Nəqliyyatı haqqında Hökumətlərarası Saziş”i əvəz etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA